İki qatar toqquşdu: 2 ölü, 12 yaralı – qəzanın GÖRÜNTÜLƏRİ

Avtosfer TV 13 Noyabr 2019 14:00 Oxunub 1266
İki qatar toqquşdu: 2 ölü, 12 yaralı – qəzanın GÖRÜNTÜLƏRİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralılara 120 Azn, vəziyyəti ağır olanlara isə 5 dəfə artıq kompensasiya ödəniləcək

Hindistanda iki qatarın iştirakı ilə baş verən qəzada 2 nəfər ölüb, daha 12 nəfər isə xəsarət alıb. Avtosfer.az xəbər verir ki, insident Heydərabad əyalətində qeydə alınıb.

Məlumata görə, şəhərətrafı xidmət göstərən elektrik qatarı Karnul şəhərindən gələn şəhərlərarası ekspress qatarı ilə toqquşub.

Hadisənin baş vermə səbəbləri açıqlanmır. Lakin səlahiyyətli şəxslər, xəsarət alan şəxslərə pul kompensasiyalarının veriləcəyini vəd ediblər.

Yaralılara 5 min rupi (120 Azn), vəziyyəti ağır olanlara isə 5 dəfə artıq kompensasiya ödəniləcək.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh