Qəza törədib sürücünü yaralı vəziyyətdə qoyub qaçan şəxs 8 gündür niyə tapılmır? - ŞİKAYƏT - VİDEO

Xəbərlər 18 Noyabr 2019 11:13 Oxunub 6349
Qəza törədib sürücünü yaralı vəziyyətdə qoyub qaçan şəxs 8 gündür niyə tapılmır? - ŞİKAYƏT - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Adı bəlli, ünvanı bəlli, polis bu şəxsi niyə gizlədir?"

Noyabrın 10-u saat 20:30 radələrində, Ziya Bünyadov prospektində yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, 10 AR 171 dövlət nömrə nişanlı, "Audi" markalı avtomobilin sürücüsü 10 VH 045 dövlət nömrə nişanlı, "KİA" markalı avtomobili arxa sol tərəfdən vurub.
Hadisə nəticəsində "KİA" markalı avtomobili idarə edən Məmmədov Pərvin Firdovsi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onun iki diz qapağı, boyun və qulağında çoxsaylı xəsarətlər var.

"VİP lizinq" şirkətinə məxsus olan "Audi" markalı avtomobili yol vərəqəsi ilə idarə edən 1996-cı il təvəllüdlü Quliyev Akif Rafiq oğlu isə həm yaralı vəziyyətdə olan digər sürücünü, həm də öz avtomobilini hadisə yerində qoyaraq qaçıb.

Avtomobil isə cərimə meydançasındadır.

Avtosfer.az-a müraciət edən xəsarət alan sürücü Pərvin Məmmədovun qardaşı Anar Məmmədov deyir ki, hadisədən 8 gün keçməsinə baxmayaraq qəzanı törədən sürücü “qeybə çəkilib.” “Dəfələrlə Nərimanov rayon Polis İdarəsinin müstəntiqi mayor Rafiq Ağaliyevin qəbulunda olmuşam. Amma o, hələ də axtarış getdiyini deyir. Başa düşmürəm bu qeyri-müəyyən bir hadisə deyil ki, bu qədər vaxtda sürücü tapılmasın. Qardaşım xəsarət alıb, həkimlər deyir ki, bir qolu ümumiyyətlə işləməyəcək. Hazırda ağır vəziyyətdə yatır. Avtomobilimiz yararsız hala düşüb. Amma maraqlanan yoxdur. Elə bil ki, adi bir manevr qayda pozuntusu olub, cərimə yazılıb və iş bitib. Yol polisi hadisəyə hüquqi qiymət verib. Günahın qarşı tərəfdə olduğu aşkadır. Amma bu qarşı tərəf “tapılmır.” Elə bil ki, Nərimanov rayon Polis İdarəsi samanlıqda iynə axtarır. Bu şəxs tapılmalı, məsuliyyətə cəlb edilməlidir. Adı bəlli, ünvanı bəlli amma polis niyə bu şəxsi gizlədir aydın deyil. Artıq rəsmi olaraq Daxili İşlər Naziri cənab Vilayət Eyvazova şikayət ünvanlayacam. Çünki aşağı strukturlar öz vəzifəsini icra etmir.”

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh