Gömrük rəsmiləşdirilməsi üzrə təlimlər keçirilir

Gündəm 13 Noyabr 2019 17:15 Oxunub 730
Gömrük rəsmiləşdirilməsi üzrə təlimlər keçirilir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təlimlər gömrük xidmətində çalışan təcrübəli və peşəkar mütəxəssislər tərəfindən aparılır

Dövlət Gömrük Komitəsinin Akademiyası tərəfindən gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis kimi fəaliyyət göstərmək məqsədilə müvafiq ixtisas attestatını əldə etmək istəyən, habelə hal-hazırda bu fəaliyyəti yerinə yetirən və ya gələcəkdə belə fəaliyyəti həyata keçirmək istəyən şəxslər üçün noyabr ayından etibarən iki aylıq təlimlər təşkil olunur.

Təlimlərdə gömrük işinin hüquqi əsasları, gömrük nəzarəti və rəsmiləşdirilməsi (gömrük prosedurları, qeyri ticarət siyasəti tədbirləri), gömrük bəyannamələrinin doldurulması qaydasının metodikası, gömrük işinin iqtisadi əsasları, gömrük hüquqpozmaları və s. istiqamətləri əhatə edən mövzular üzrə nəzəri və praktiki dərslər keçirilir.

Təlimlər gömrük xidmətində çalışan təcrübəli və peşəkar mütəxəssislər tərəfindən aparılır.

Proqram çərçivəsində mövzular üzrə sualların cavablandırılması üçün operativ mobil vasitələrdən istifadə edilməklə təlim iştirakçılar arasında operativ sual-cavab, həmçinin müzakirə platformasi yaradılıb. Belə ki, tədris prosesində öyrədilməsi və təhlili nəzərdə tutulan mövzuların daha yaxşı qavranılmasi məqsədilə əlavə müasir texniki proqram vasitələrindən istifadə olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh