“Bakıdan Gəncəyə 3 saata da çata bilərik” - Saatda 140-la... - Cavid Qurbanov

Gündəm 13 Noyabr 2019 17:45 Oxunub 819
“Bakıdan Gəncəyə 3 saata da çata bilərik” - Saatda 140-la... - Cavid Qurbanov
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Yolumuzun infrastrukturu imkan verir ki, sürəti saatda 140 km-ə qədər qaldıraq"

“Bakı-Gəncə sürət elektrik qatarı yolu 4 saata gedur, amma bu, bizi qane etmir”. Avtosfer.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Prezident İlham Əliyevin qəbulunda deyib. “Yolumuzun infrastrukturu imkan verir ki, sürəti saatda 140 km-ə qədər qaldıraq. Bakıdan Gəncəyə 3 saata da çata bilərik”, - deyə o, qeyd edib.

Sədr həmçinin bildirib ki, rəhbərlik etdiyi qurum Gəncə şəhərindən Ağstafa şəhərinə qədər olan dəmir yolunda işləri tam bitirib: “Orada 112-yə yaxın yol ötürücüsü var idi, onların da 67-sini artıq tamamlamışıq. Fikrimiz odur ki, Ağstafaya gediş-gəliş təqribən dörd saat yarıma olsun. Gəncəyə ən geci üç saat yarıma çatsın. Beləliklə, sərnişinlərin məmnunluğu, rahatlığı Sizin göstərişinizlə tam təmin olunacaq”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh