Daş maşını məktəbli avtobusuna çırpıldı: 13 ölü, 20 yaralı - FOTO

Avtosfer Foto 13 Noyabr 2019 20:30 Oxunub 1583
Daş maşını məktəbli avtobusuna çırpıldı: 13 ölü, 20 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə yerinə polis, xilasetmə və səhiyyə vertolyotu cəlb edilib

Slovakiyada sərnişin avtobusunun və yük maşınının iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident bu gün Nitra - Zlate-Moravçe şəhərlərini birləşdirən avtomagistralda qeydə alınıb.

Məlumata görə, daş yüklü yük maşını böyük sinif şagirdlərini daşıyan avtobusa çırpılıb.

Şahidlər bildirir ki, avtobusun sürücüsü qəzadan qaçmaq istəyib, lakin yük maşını onu yan tərəfdən vurub. Zərbənin gücündən avtobus yol kənarına aşıb.

Nəticədə azı 13 nəfər dünyasını dəyişib, daha 20 nəfər isə xəsarət alıb. Ölənlərin artacağı istisna edilmir.

Hadisə yerinə polis, xilasetmə və səhiyyə vertolyotu cəlb edilib.

 

Namiq Musayev

 

 

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh