Azərbaycanlılar ABŞ-da qəzaya düşdülər - Biri öldü, digəri...+ Fotolar+ Video

Qəzalar 13 Noyabr 2019 23:15 Oxunub 1179
Azərbaycanlılar ABŞ-da qəzaya düşdülər  - Biri öldü, digəri...+ Fotolar+ Video
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzanın qarlı hava şəraitində yolların sürüşkən olması səbəbindən baş verdiyi bildirilir

Bu gün ABŞ-ın Nevada ştatının Klark rayonunda azərbaycanlıların iştirakı ilə ağır yol qəzası baş verib.

Avtosfer.az “Springfield Post” nəşrinə istinadən verdiyi xəbərə görə, Nyu-York şəhərindən olan 1989-cu il təvəllüdlü Ramiz Quliyevin idarə etdiyi avtomobil tibb məntəqəsinə çırpılıb. Nəticədə, o hadisə yerində dünyasını dəyişib.

Ohayo ştatının Yol Patrul Xidmətində çalışan leytenant Brayan Allerin sözlərinə görə, qəza zamanı avtomobildə sərnişin Mişa Məmmədov də olub: “O, hadisə zamanı maşının arxa qoltuğunda yatırmış. Xəsarət alaraq xəstəxanaya yerləşdirilib”.

Qəzanın qarlı hava şəraitində yolların sürüşkən olması səbəbindən baş verdiyi bildirilir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh