Qadını avtomobil vurdu, oğlu ürəktutmadan xəstəxanaya yerləşdirildi

Qəzalar 14 Noyabr 2019 00:45 Oxunub 1378
Qadını avtomobil vurdu, oğlu ürəktutmadan xəstəxanaya yerləşdirildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdrıma aparılır

Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.  

 Qaradağ rayonu, Müşviqabad qəsəbəsində minik avtomobili yolu keçmək istəyən orta yaşlı Xatirə İsayevanı vurub.  

Hadisə X.İsayevanın oğlunun gözü qarşısında baş verib.  

Onun oğlu şok vəziyyətinə düşərək ürəktutması keçirib. X.İsayeva ağır vəziyyətdə 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.  

Oğlu isə həmin xəstəxananın terapiya şöbəsinə çatdırılıb.  

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdrıma aparılır.  

ŞƏRH YAZ
Ad

E-mail

Şərh