“Hyundai” “Shacman”a çırpılıb, “ZİL-130”la toqquşdu: 7 nəfər öldü - FOTO

Qəzalar 14 Noyabr 2019 10:00 Oxunub 2912
“Hyundai” “Shacman”a çırpılıb, “ZİL-130”la toqquşdu: 7 nəfər öldü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daha iki nəfər isə xəstəxanaya yerləşdirilib

Rusiyanın Zabaykal bölgəsində 3 nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident bu gün səhər saatlarında Çita – Zabaykal federal avtomagistralının 60-cı kilometrliyinin Aqinsk qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, “Hyundai” markalı sərnişin mikroavtobusu park edilmiş “Shacman” markalı yük maşınına çırpılıb. Zərbənin gücündən əks yola çıxan mikroavtobus hərəkətdə olan “ZİL-130”la toqquşub.

Nəticədə 6 nəfər hadisə yerində, biri isə xəstəxanaya aparılan vaxt yolda dünyasını dəyişib. Daha 2 nəfər isə xəstəxanaya yerləşdirilib. Ölən və yaralıların hamısı mikroavtobusda olanlardır.

Hadisə yerinə polis, xilasetmə və səhiyyə briqadasından ibarət vertolyot gəlib.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh