Ağcabədidə avtomobil yolu keçən qadını vurub

Qəzalar 14 Noyabr 2019 11:10 Oxunub 847
Ağcabədidə avtomobil yolu keçən qadını vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Ağcabədidə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb. Belə ki, rayonun Hacıməmmədli kənd sakini, 1987-ci il təvəllüdlü Qaraşova Müşkünaz Əliş qızı yolu keçərkən “VAZ 2107” markalı 09 BO 926 dövlət nömrəli avtomobil onu vurub. Yaralı M.Qaraşova  sürücü tərəfindən Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin yardım göstərildikdən sonra yaralı təcili yardım maşını ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına göndərilib.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh