Avtomobillərdə gizlədilən spirtli içkilər aşkarlandı

Gündəm 14 Noyabr 2019 11:20 Oxunub 684
Avtomobillərdə gizlədilən spirtli içkilər aşkarlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 2 fakt üzrə 37 ədəd spirtli içkilərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Belə ki, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "VAZ-21099" və "Hyundai Coupe" markalı avtomobillər saxlanılıb, gömrük baxışı keçirilib. 

Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən hər biri 1 litrlik olmaqla cəmi 17 ədəd "Nemiroff", "Finlandia" və 20 ədəd "Koskenkorva Vodka" markalı spirtli içkilər aşkarlanıb 

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh