Polislərin sagirdlərə vacib sözü var idi

Gündəm 14 Noyabr 2019 12:00 Oxunub 784
Polislərin sagirdlərə vacib sözü var idi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gənclərə pis vərdişlərdən və ətraflarındakı “ağ ölümə” düçar olan şəxslərdən uzaq durmalarının zəruriliyini bildirib

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Gəndov kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin nümayəndələri, məktəbin pedaqoji kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər.
Polis polkovniki M.İbrahimov daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlara qarşı aparılan tədbirlərdən, belə hadisələrin qarşısının qətiyyətlə alınmasından danışıb. Gənclərə pis vərdişlərdən və ətraflarındakı “ağ ölümə” düçar olan şəxslərdən uzaq durmalarının zəruriliyini bildirib. Erkən nigaha daxilolma mövzusuna toxunan polis rəisi, yeniyetmə vaxtlarında qızların ailə qurmasını onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edərək, şagirdlərin əsasən təhsilə maraq göstərmələrinin və gələcəyin yüksək ixtisaslı mütəxəssislər kimi yetişmələrinin vacibliyindən danışıb.
Sonra çıxış edən Şabran RPŞ Veteranlar Şurasının sədri, istefada olan polis polkovnik-leytenantı Valeh Sadıqov narkomaniyaya düçar olmuş şəxslərin bu bəladan qurtula bilmədiklərini, narkotik vasitələrin təsiri altında olanların bir çox cinayətləri törətdiklərini bildirib. Sonu olmayan, insanı günü-gündən daha da alçaldan vərdişdən uzaq durmağı məsləhət görən V.Sadıqov, narkotik maddələrin insan sağlamlığına və psixologiyasına vurduğu zərər, insanda yaratdığı asılılıq barəsində gənclərə ətraflı məlumat verərək hər bir gənci bu pis vərdişlərdən uzaq durmaqa çağırıb.
Görüşün sonunda məktəblilərə narkotik vasitələrin insan sağlamlığına mənfi təsiri ilə bağlı videoçarx nümayiş olunub.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh