Qaxda polis məktəblilərlə görüş keçirib

Gündəm 14 Noyabr 2019 11:30 Oxunub 1711
Qaxda polis məktəblilərlə görüş keçirib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Narkomaniya ümumbəşəri bəladır”, “Dini radikalizmə qarşı mübarizə” və “Yol hərəkəti qaydaları” mövzularında maarifləndirmə tədbiri keçirilib

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Qax Rayon Polis və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Ləkit kənd tam orta məktəbində “Narkomaniya ümumbəşəri bəladır”, “Dini radikalizmə qarşı mübarizə” və “Yol hərəkəti qaydaları” mövzularında maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Vidadi Qurbanov narkomaniyanın cəmiyyətimizə, ümumilikdə bəşəriyyətə ağır zərbələr vurduğunu bildirərək belə maarifləndirmə tədbirlərinin zəruriliyini və əhəmiyyətini tədbir
iştirakçılarının diqqətinə çatdırıb. Şöbə rəisi “ağ ölüm”ün qurbanına çevrilənlərin sağlam həyata qayıtmasının da çox çətin olduğunu vurğulayıb.
Dini radikalizmin fəsadlarından rayon prokuroru vəzifəsini müvəqqəti icra edən Hidayət Nurəlibəyov və DQİDK-nin nümayəndəsi geniş bəhs ediblər. Onlar ölkəmizdə formalaşmış tolerantlıq ənənələrindən danışıblar və sağlam dini düşüncənin formalaşmasında maarifləndirmənin böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.
Tədbirdə məktəblilərə yol hərəkəti qaydaları mövzusunda da geniş məlumat verilib. Şagirdlər də öz növbəsində mövzular ətrafında müxtəlif səhnəciklər nümayiş etdirib, mahnı oxuyub, şerlər səsləndiriblər.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh