Mikroavtobus minik maşını ilə toqquşdu: 7 ölü, 12 yaralı

Qəzalar 14 Noyabr 2019 14:00 Oxunub 893
Mikroavtobus minik maşını ilə toqquşdu: 7 ölü, 12 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ştatının baş naziri Aşok Qehlot dünyasını dəyişən insanların yaxınlarına başsağlığı verib

Hindistanın Radcasthan ştatında mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində azı 7 nəfər ölüb, 12 nəfər isə xəsarət alıb. Avtosfer.az xəbər verir ki, insident dünən axşam saatlarında Dcaypur şəhərindən 80 kilometr aralıda qeydə alınıb.

Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.  Polis və xilasetmə qüvvələri hadisənin baş vermə səbəblərini araşdırır. Ştatının baş naziri Aşok Qehlot dünyasını dəyişən insanların yaxınlarına başsağlığı verib.

Statistik məlumata görə, Hindistanda gün ərzində baş verən yol qəzalarında 400 çox insan həlak olur.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh