İki “Toyota” markalı “pikap” toqquşdu: 28 ölü, 21 yaralı

Qəzalar 14 Noyabr 2019 15:38 Oxunub 1286
İki “Toyota” markalı “pikap” toqquşdu: 28 ölü, 21 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralılar Xaş şəhərindəki xəstəxanaya çatdırılıblar

İranın Bəlucistan vilayətində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az “shastoon.ir” portalına istinadən məlumat verir ki, insident bu gün səhər 4.50 radələrində Sarvan-Xaş avtomagistralının 80-ci kilometrliyində qeydə alınıb.

Məlumata görə, iki “Toyota” markalı “pikap”ın toqquşması nəticəsində 28 nəfər ölüb, daha 21 nəfər isə xəsarət alıb. Qəzadan sonra hadisə yerinə 7 təcili tibbi yardım maşının cəlb edilib.

Yaralılar Xaş şəhərindəki İmam Xomeyni Xəstəxanasına çatdırılıblar.

Dünyasını dəyişən və xəsarət alanların Əfqanıstan vətəndaşları olduğu bildirilir.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh