Erməni əsilli idmançı “Infiniti”sinin yanında güllələndi - hadisənin FOTO + VİDEOsu (+18)

Gündəm 14 Noyabr 2019 15:17 Oxunub 978
Erməni əsilli idmançı “Infiniti”sinin yanında güllələndi - hadisənin FOTO + VİDEOsu  (+18)
WhatsApp kanalımıza abunə ola bilərsiniz
40 yaşlı idmançının cəsədi avtomobilin yanında aşkarlanıb

Rusiyada erməni əsilli idmançı Aşot Bolyan güllələnərək qətlə yetirilib. Avtosfer.az xəbər verir ki, 40 yaşlı idmançının cəsədi dünən axşam saatlarında Moskva şəhərinin Naximovskiy prospektində şəxsi “Infinity” markalı avtomobilinin yanında aşkarlanıb.

Bildirilir ki, qatil ona bir neçə dəfə atəş açıb və o, aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Müstəntiqlərin ilkin ehtimallarına görə, qətl Bolyanın sahibkarlıq fəaliyyəti ilə əlaqədar ola bilər. O, peşəkar idman karyerasını baş vurduqdan sonra bizneslə məşğul olub və idman sahəsi ilə bağlı “Karat” şirkətinin baş direktoru olub.

Qeyd edək ki, Bolayan tay boksu üzrə dünya çempionu olub.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh