Yetkinlik yaşına çatmayan şəxlərə siqaret satan satıcılar cərimələnib

Gündəm 14 Noyabr 2019 15:30 Oxunub 542
Yetkinlik yaşına çatmayan şəxlərə siqaret satan satıcılar cərimələnib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu istiqamətdə reydlər davam etdirilir

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi tədbirlər keçirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 3 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satmaları faktları aşkar edilib.

Həmin mağazaların satıcıları – L.Zeynalzadə, İ.Həsənov və P.Mirzəzadə barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh