“Mercedes”lə piyadanı vurub qaçan sürücü saxlanılıb

Gündəm 14 Noyabr 2019 14:45 Oxunub 749
“Mercedes”lə piyadanı vurub qaçan sürücü saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində

Bakıda piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, noyabrın 12-də saat 9 radələrində Nizami rayonunun H.Əliyev prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini E.Ağaməmmədov vurulub. Nəticədə piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini M.Qasımov saxlanılıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh