Yol polisi Quba avtovağzalında maarifləndirmə aksiyası keçirib - FOTO - VİDEO

Yol polisi 15 Noyabr 2019 09:00 Oxunub 1831
Yol polisi Quba avtovağzalında maarifləndirmə aksiyası keçirib - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərnişinlər üçün faydalı olan məlumatlar əks edilmiş plakatlar vurulub

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev və İdarənin inspektoru polis polkovnik-leytenantı İsa Deystani, Quba rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Quba avtovağzalında maarifləndirici aksiya keçirib. Aksiyada Avtosfer.az saytının rəhbəri Elməddin Muradlı da iştirak edib. Aksiya çərçivəsində avtovağzaldan istifadə edən sərnişinlərlə söhbətlər aparılıb, onlara yol hərəkəti qaydaları izah edilib, qayda pozan sürücülərə qarşı mübarizə aparılmasında vətəndaşların da yol polisinə dəstəyinin əhəmiyyətindən bəhs olunub.

Eyni zamanda avtovağzalının bir neçə yerinə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış maarifləndirici şüarlar və sərnişinlər üçün faydalı olan məlumatlar əks edilmiş plakatlar vurulub.

 

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh