Yol polisi "Ölkəmizi tanıyaq" layihəsinin iştirakçıları ilə Qubada görüşdü - FOTO - VİDEO

Yol polisi 14 Noyabr 2019 17:15 Oxunub 3149
Yol polisi "Ölkəmizi tanıyaq" layihəsinin iştirakçıları ilə Qubada görüşdü - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu cür aksiyaların faydalı olacağı bildirilib

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq" tur-səyahət proqramı həyata keçirilir. Bu proqram çərçivəsində noyabrın 13-dən etibarən 250-ə yaxın uşaq respublikanın şimal rayonlarına səyahətə başlayıb.

Beş avtobusdan ibarət olan qrupu Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları müşayət edir və onların təhlükəsizliyini tam təmin olunub. Hazırda heyət Quba rayonundadır və buranın tarixi yerləri ilə tanış olurlar.

Yaranmış fürsətdən istifadə edərək Baş Dövlət Yol Polisi İdarəsinin İctimai Əlaqələr Şöbəsinin rəisi polis polkovnik-leytenantı Rüfət Quliyev və şöbənin inspektoru polis polkovnik-leytenantı İsa Deystani, Quba rayon Dövlət Yol Polisi bölməsinin əməkdaşları və Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı həmin şagirdlərlə görüş keçirib.

Görüş Quba rayonundakı istirahət mərkəzlərinin birində baş tutub. Görüş zamanı uşaqlarla yol hərəkəti qaydaları mövzusunda söhbətlər aparılıb, onların sualları cavablandırıb, eyni zamanda BDYPİ tərəfindən hazırlanmış maarifləndirici bukletlər paylanılıb.

Tədbirdə çıxış edən şöbə rəisi Rüfət Quliyev bildirib ki, bu cür tədbirlər uşaqların dünyagörüşünə təsir edir və onların yol hərəkəti qaydaları barəsində məlumatlandırması da faydalı olacaq.

Uşaqların qrup rəhbərləri olan müəllimlər də bu təşəbbüsə görə yol polisinə təşəkkür ediblər. Bu cür aksiyaların faydalı olacağını söyləyiblər.

 

Orxan Əli

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh