Avtosfer.az | Reklam
Nigar Arpadarai: “Azərbaycan Qran Prisinə maraq daha da artıb”
Yarışma 14 Noyabr 2019 20:40 200 dəfə oxunub
Nigar Arpadarai: “Azərbaycan Qran Prisinə maraq daha da artıb”
"Hazırlığa erkən başlamışıq"

Növbəti Formula 1 Azərbaycan Qran Prisinə hazırlıqlar bütün istiqamətlərdə davam edir və yarışın yüksək səviyyədə təşkil edilməsi üçün bütün işlər həyata keçirilir. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

Onun sözlərinə görə, Formula 1 üzrə Azərbaycan Qran Prisinə maraq daha da artıb: "Hazırlığa erkən başlamışıq. Ötən ay bilet satışına start verdik. Artıq indidən nəticələrdən razıyıq. Əvvəlki illərlə müqayisədə, Azərbaycan Qran Prisinə maraq daha da artıb".

N.Arpadarai vurğulayıb ki, bu dəfə də Bakıda keçiriləcək yarışa xarici ölkələrdən çox böyük maraq var: "Əcnəbilərin biletləri daha tez əldə etmələri ənənəyə çevrilib. Öz vətəndaşlarımız isə yarış ərəfəsində alırlar. Onlayın bilet alanların sayının artması bizi sevindirir. Xarici ölkələrdə reklam işlərinə başlamışıq. Reklam xərclərimiz azalsa da, Azərbaycan Qran Prisinə maraq artır. Bu da müsbət məqamdır".

Onun sözlərinə görə, növbəti yarışda 3 dünya ulduzunun Bakıda konsert proqramı ilə çıxışı nəzərdə tutulub.

Qeyd edək ki, 2020 Azərbaycan Qran Prisi 5-7 iyun tarixlərində keçiriləcək.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh