Pərdə və plyonkalar sabah söküləcək? - Qanun dəyişəcək

Avtoxəbər 14 Noyabr 2019 23:45 Oxunub 8872
Pərdə və plyonkalar sabah söküləcək? - Qanun dəyişəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu il sürücülər pərdədən çox, plyonkadan istifadə ediblər

Noyabrın 15-dən avtomobillərdə pərdə və plyonkaya verilən icazə müddəti başa çatır. Son günlər sürücüləri ən çox düşündürən suallardan biri pərdə və plyonkaya bu il icazənin verilib-verilməməsidir. 

Ötən illərlə müqayisədə bu il sürücülər avtomobilin arxa yan şüşəsi üçün pərdədən çox, plyonkadan istifadə ediblər. 

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, bu il əvvəlki illərdən fərqli olacağı ehtimal edilir. Belə ki, sürücülərin pərdə və plyonkadan istifadə qadağasının tətbiq edilməyəcəyi bildirilir. Bununla bağlı qanunvericiliyə dəyişiklik ediləcəyi gözlənilir. Amma bunun nə vaxt baş verəcəyi dəqiq məlum deyil. Odur ki, qaydalar dəyişənədək mövcud qanunu üstün tutmağı tövsiyə edirik.

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh