Silahlı şəxs şirkət binasında 2 nəfəri yaralayıb

Gündəm 15 Noyabr 2019 10:00 Oxunub 754
Silahlı şəxs şirkət binasında 2 nəfəri yaralayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hüquq-mühafizə orqanları hazırda cinayətkarı axtarır

Kanadanın Toronto şəhərinin şimalında yerləşən bir ticarət şirkətinin binasında silahlı insident zamanı iki nəfər yaralanıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə cümə axşamı "Global News" kanalı məlumat yayıb. Polisdən verilən məlumata görə, naməlum şəxs yerli vaxtla təxminən 10:30-da binaya daxil olub və atəş açmağa başlayıb. Nəticədə iki nəfər xəsarət alıb. Onlardan biri ağır vəziyyətdə xəstəxanaya aparılıb, ikincisi yüngül xəsarət alıb.

Hüquq-mühafizə orqanları hazırda cinayətkarı axtarır. Hadisə yerinə polis qüvvələri cəlb edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh