Bakıda uşaq evində yaşayan 10-cu sinif şagirdi itkin düşüb

Gündəm 15 Noyabr 2019 10:35 Oxunub 705
Bakıda uşaq evində yaşayan 10-cu sinif şagirdi itkin düşüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bakıda uşaq evində yaşayan 10-cu sinif şagirdi itkin düşüb. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə noyabrın 13-də paytaxtın Nərimanov rayon ərazisində baş verib. Belə ki, Zərdab rayon sakini, 2003-cü il təvəllüdlü, 10-cu sinif şagirdi Ayşə Vəlizadə Xətai rayon ərazisində yerləşən uşaq evindən şəxsiyyət vəsiqəsi almaq məqsədi ilə Nərimaov rayon ərazisində yaşayan rəfiqəsinin evinə gedib.

O, gecəni orada qalıb. Səhər saat 7 radələrində mənzildən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Qızın yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh