Yanacaqdoldurma məntəqəsinin işçiləri arasında dava olub - Abşeronda

Gündəm 15 Noyabr 2019 12:15 Oxunub 798
Yanacaqdoldurma məntəqəsinin işçiləri arasında dava olub - Abşeronda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi başlanılıb

Abşeronda yanacaqdoldurma məntəqəsində döyülmə faktı qeydə alınıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Saray qəsəbəsində yerləşən "Petrol 100" yanacaqdoldurma məntəqəsində qeydə alınıb. Məntəqənin operatorları - 1980-cı il təvəllüdlü Sahil Qurbanovla, 1992-ci il təvəllüdlü Pərviz Fərzəlizadə arasında söyüş üstündə mübahisə düşüb. Bu zaman S. Qurbanov iş yoldaşını vurub. P. Fərzəlizadə ağır xəsarət alıb.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh