Yevlaxda silsilə oğurluq edən şəxs saxlanılıb

Gündəm 15 Noyabr 2019 13:45 Oxunub 699
Yevlaxda silsilə oğurluq edən şəxs saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Yevlax RPŞ-də cinayəti işi başlanılıb, araşdırma aparılır

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, noyabr ayında bir qrup rayon sakini Yevlax RPŞ-yə ərizə ilə müraciət edərək onlara məxsus evlərdən oğurluq edilməsi barədə məlumat veriblər.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq işlər görülüb. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 3 evdən oğurluq etməkdə şübhəli bilinən Yevlax rayon sakini Alim Abdullayev saxlanılıb. Araşdırmalarla onun evlərdən 2000 manata yaxın ev əşyaları, ev quşları və nəğd pul oğurladığı müəyyən olunub. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Yevlax RPŞ-də cinayəti işi başlanılıb, araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh