Qanunsuz parklanmaya qarşı aparılan tədbirlər davam edir - VİDEO

Gündəm 15 Noyabr 2019 12:30 Oxunub 806
Qanunsuz parklanmaya qarşı aparılan tədbirlər davam edir  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Piyada təhlükəsizliyi təmin edilib

Qanunsuz parklanmaya qarşı aparılan tədbirlər sayəsində paytaxtın Fikrət Əmirov küçəsində (“28 May” metrostansiyası yaxınlığı) nəqliyyat şəraiti yaxşılaşdırılıb. Əvvəllər qeyd edilən ərazidə nəqliyyat sıxlığını artıran, yolun buraxıcılıq qabiliyyətinə mənfi təsir edən süni amillər aradan qaldırılıb. Nəticədə;

Piyada təhlükəsizliyi təmin edilib

Sərnişinlərin marşrut avtobuslarından təhlükəsiz istifadəsinə nail olunub

14 Müntəzəm marşrut xətti üzrə 229 avtobusun hərəkət sxemi normallaşıb ki, bu da 200.000-dən artıq sərnişinin daha tez və rahat daşınması deməkdir.

Digər nəqliyyat vasitələrinin hərəkətində də intensivlik artıb.

Qeyd edək ki, gündəlik olaraq bu yoldan istifadə edən hərəkət iştirakçıları, xüsusən də ictimai nəqliyyat istifadəçiləri görülən işlərdən razlıqlarını ifadə ediblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh