Bakıda zəncirvari qəza, 3 avtomobil bir-birinə çırpıldı - VİDEO

Avtosfer TV 15 Noyabr 2019 13:15 Oxunub 1596
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib

Bakıda zəncirvari yol qəzası baş verib. Avtosfer.az Trend-ə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisindəki "Qəsr" Yaşayış Kompleksinin qarşısında hərəkətdə olan "Mercedes" markalı avtomobil qarşıdan gələn avtomobillə toqquşaraq yolun kənarındakı tikiliyə çırpılıb. Hadisə nəticəsində hərəkətdə olan "VAZ 2107" markalı avtomobil isə hər iki avtomobilə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh