Yol polisi "Ölkəmizi tanıyaq" layihəsinin iştirakçıları ilə Lənkəranda görüşdü - FOTO - VİDEO

Yol polisi 15 Noyabr 2019 16:40 Oxunub 1395
Yol polisi "Ölkəmizi tanıyaq" layihəsinin iştirakçıları ilə Lənkəranda görüşdü - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu cür aksiyaların faydalı olacağı diqqətə çatdırılıb

Gənc nəslin vətənpərvər ruhda formalaşmasına xidmət edən "Ölkəmizi tanıyaq" layihəsinin keçirilməsi artıq ənənə halını alıb. Ötən gündən başlayaraq şagirdlərimiz növbəti dəfə ölkəmizin müxtəlif bölgələrinə səyahətə çıxıb.

Hər il olduğu kimi yenə də layihə iştirakçılarının təhlükəsizliyini təmin edən Baş Dövlət Yol Polisi İdarəsi bu mühüm vəzifənin icrası ilə yanaşı bu dəfə şagirdlərin yol hərəkəti təhlükəsizliyi sahəsində maarifləndirilməsini vəzifəsini də yaddan çıxarmayıb.

«Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı»nın məqsədlərinə uyğun olaraq keçirilən maarifləndirmə tədbirində əsas hədəf layihə iştirakçılarına yol hərəkəti qaydalarını aşılamaq, təhsildə və ictimai həyatda fəallıqları ilə seçilən şagirdləri yol hərəkəti təhlükəsizliyinin təbliğində aktiv iştirakçıya çevirmək və onları ölkəmizdə yol mədəniyyətinin daha da inkişaf etdirilməsinə yeni-yeni töhfələr verməyə ruhlandırmaqdır.

Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan YPXA 11-ci taqımının komandiri polis mayoru Hikmət Qafarov "Ölkəmizi tanıyaq" layihəsinin iştirakçılarına uşaq və yeniyetmələr tərəfindən çəkilmiş və üzərində yol hərəkəti iştirakçılarının maarifləndirilməsinə, o cümlədən yolayrıclarında və piyada keçidlərində təhlükəsizlik qaydalarına riayət edilməsi, motodəbilqədən və təhlükəsizlik kəmərindən istifadə vərdişlərinin aşılanması və sair bu kimi yol hərəkəti qaydalarına həsr olunmuş bukletlərlər təqdim olunmuşdur.

Təsadüfi deyildir ki, bu formatda keçirilən maarifləndirmə tədbiri və hədiyyə olunan təbliğat materialları şagirdlər tərəfindən olduqça müsbət qarşılanmış, bukletlərdə ehtiva olunan mövzular üzrə geniş müzakirələr aparılmışdır.

Biz də inanırıq ki, “uşaq dili” ilə deyilən tövsiyələr "Ölkəmizi tanıyaq" layihəsinin iştirakçıları tərəfindən heç zaman unudulmaz.

 

Orxan Əli

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh