İlham Əliyev Xalq artistinə ev verdi

Gündəm 15 Noyabr 2019 16:15 Oxunub 771
İlham Əliyev Xalq artistinə ev verdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Noyabrın 18-də Bilal Əliyevin 60 yaşı tamam olacaq.

Prezident İlham Əliyev Xalq artisti Bilal Əliyevə mənzil hədiyyə edib.

Bu barədə Oxu.Az-a Xalq artisti məlumat verib.

Bilal Əliyev mənzilin açarlarının bu gün ona təqdim edildiyini bildirib:

“Bu gün məni çağırıb şəhərin gözəl bir yerindən üç otaqlı mənzilin açarlarını təqdim etdilər. Hədiyyəyə görə prezidentimizə təşəkkür edirəm.

60 illik yubileyimdə mənzil şəraitimin yaxşı olmadığını nəzərə alaraq, məni, ailəmi və sevənlərimi sevindirdi. Mənə göstərdiyi etimadı, çalışacam ki, ömür boyu doğruldum. Diqqətə görə təşəkkür edirəm”.

Qeyd edək ki, noyabrın 18-də  Bilal Əliyevin 60 yaşı tamam olacaq.  

ŞƏRH YAZ
Ad

E-mail

Şərh