“Qantas” aviaşirkəti tarixin ən uzun məsafəli fasiləsiz uçuşunu həyata keçirib

Maraqlı 15 Noyabr 2019 23:59 Oxunub 1545
“Qantas” aviaşirkəti tarixin ən uzun məsafəli fasiləsiz uçuşunu həyata keçirib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Layner İngiltərədən Avstraliyaya 19 saat 19 dəqiqəyə çatıb

Avstraliyanın “Qantas” aviaşirkətinə məxsus təyyarə tarixin ən uzun məsafəli fasiləsiz uçuşunu həyata keçirib. Avtosfer.az xəbər verir ki, layner İngiltərədən Avstraliyaya 19 saat 19 dəqiqəyə çatıb.

Məlumata görə, “Boeing 787 Dreamliner” Britaniyanın Hitrou aeroportundan havaya qalxıb və 10 ölkə keçərək noyabrın 15-də Sidney şəhərinə çatıb.

Şirkətdən bildiriblər ki, uçuşu qənaət edilmiş yanacaqla hələ 1 saat 45 dəqiqədə davam etdirmək olardı.

Qeyd edilir ki, bu şirkət tərəfindən, uzunmüddətli havada qalan ekipaj və sərnişinlərin vəziyyətlərinin öyrənilməsi üçün yönəldilmiş planlı 3 uçuşdan ikincisidir.

 

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh