Tərtərdə Umudlu kənd sakinləri ilə görüş keçirilib

Gündəm 15 Noyabr 2019 18:45 Oxunub 2063
Tərtərdə Umudlu kənd sakinləri ilə görüş keçirilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tərtər Rayon Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirilib

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 6 saylı tam orta məktəbində Ağdərə rayonunundan məcburi köçkün düşmüş Umudlu kənd sakinləri ilə görüş keçirilib.

Tədbirdə çıxış edən Tərtər RPŞ-nin rəisi, polis polkovniki Elçin Qasımov bu cür görüşlərin əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün önəmli olduğunu bildirib. Narkomaniya və cinayətkarlığa qarşı mübarizə mövzusuna toxunan rəis qeyd edib ki, belə halların baş verməməsi və vaxtında aradan qaldırılması üçün polis-vətəndaş münasibətlərinin möhkəmlənməsi mühüm əhəmiyyətə malikdir.

Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. Görüş zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər məsələlərin operativ həlli üçün aidiyyatı qurumlara yönləndirirlib. Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Tərtər Rayon Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh