Gənclər bizim gələcəyimizdir

Gündəm 15 Noyabr 2019 19:00 Oxunub 705
Gənclər bizim gələcəyimizdir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Aran qəsəbəsi 2 saylı tam orta məktəbdə “Gənclər narkomaniyaya yox deyir”, “Erkən nikah və onun fəsadları” və “Dini radikalizmə qarşı birgə mübarizə” mövzularında maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Elnur Mehdiyev müasir dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən söz açıb. Eləcə də “ağ ölümün” qurbanına çevrilənlərin sağlam həyata qayıtmasının da çox çətin olduğunu vurğulayıb. Narkomaniyanın tək ölkəmiz üçün deyil, bütün dünya üçün təhlükə mənbəyi olduğunu və narkomaniyaya qarşı ölkəmizdə aparılan mübarizədən, qəbul olunan dövlət proqramından danışaraq son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edib. Yaşadığımız dövrdə ümumbəşəri bəlaya çevrilmiş narkomaniyanın cəmiyyətdə və insanın şəxsi həyatında törədə biləcəkləri neqativ hallardan danışan rəis bu bəla ilə mübarizə yolları haqqında geniş məlumat verib.

Səfərbərlik və Hərbi Xidməti Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon söşbəsinin rəisi, mayor Elməddin Cəfərov dövlətimizdə dinin dövlətdən ayrı olduğunu və ölkəmizdə yaşayan hər bir şəxsin dini inancına hörmətlə yanaşıldığını, ancaq bu azadlıqlan sui-istifadə edənlərin olduğu barəsində məktəblilərə ətraflı məlumat verib. Bildirib ki, onları öz təsirlərinə salmaq üçün əsas hədəfləri bu mövzular barəsində o qədər də məlumatlı olmayan gənclərdir. Məhz buna görə də dövrümüzdə həssas olan bu mövzular barəsində şagirdləri diqqətli və məlumatlı olmağa çağırıb.

Təhsil müəssisəsinin direktoru Sahibə Hüseynova erkən nikahın fəsadları barəsində gəncləri məlumatlandırıb. Əvvəllər belə hallara daha çox rast gəlindiyini, ancaq indi cəmiyyətin müasirləşdiyini və qanunla nikah yaşının minimum 18 olduğunu diqqətə çatdırıb. Erkən nikahların böyük əksəriyyətinin sonradan boşanma ilə nəticələndiyini və bu işdə hamının ən azı mənəvi məsuliyyət daşıdığını bildirib.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh