5 kiloqramdan artıq marixuana dövriyyədən çıxarılıb

Gündəm 15 Noyabr 2019 21:30 Oxunub 742
5 kiloqramdan artıq marixuana dövriyyədən çıxarılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər iki faktla bağlı Zərdab RPŞ-də araşdırmalar aparılır

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz saxlanması ilə məşğul olan şəxslərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Zərdab RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Sarıqaya kənd sakini Mehman Şükürovun evinin həyətindən 4 kiloqram 785 qram və Məlikli kənd sakini Səbuhi Qədirovun evindən isə 481 qram marixuana aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Zərdab RPŞ-də araşdırmalar aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh