Qaxda yol qəzası baş verib, xəsarət alan var

Qəzalar 15 Noyabr 2019 20:45 Oxunub 1586
Qaxda yol qəzası baş verib, xəsarət alan var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Qax rayonunda yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Qorağan-Qax avtomobil yolunun, Əmircan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2109" və "VAZ-21011" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ-2109"un sürücüsü, Qax rayonunun Almalı kənd sakini, 1969-cu il təvəllüdlü Qiyas Cuma oğlu Yusifov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

O, Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh