Göyçayda qəza olub, 3 nəfər xəsarət alıb

Qəzalar 15 Noyabr 2019 21:00 Oxunub 944
Göyçayda qəza olub, 3 nəfər xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır

Göyçayda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.  

APA-nın yerli bürosunun xəbərinə görə, qəza bu gün Göyçay-Bərgüşad yolunun 1-ci kilometrliyində qeydə alınıb.  

“Qazel” markalı yük avtomobili ilə “VAZ-21015” markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ağır xəsarət alıb.

Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh