Neftçalada avtomobil motosikletlə toqquşub, 1 nəfər xəsarət alıb

Qəzalar 15 Noyabr 2019 22:45 Oxunub 1221
Neftçalada avtomobil motosikletlə toqquşub, 1 nəfər xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Neftçalada 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında şəhər ərazisindəki köhnə poliklinikanın yaxınlığında qeydə alınıb.

Rayonun Kürkənd kənd sakini, 1981-ci il təvəllüdlü Əsədov Taleh Hacıbaba oğlunun idarə etdiyi motosiklet hərəkətdə olarkən "Jiquli" markalı avtomobillə toqquşub. Nəticədə motosikletin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh