Xəstə xanımının adına 22 manata iki lotereya bileti aldı - 2.2 milyon manat qazandılar

Maraqlı 16 Noyabr 2019 14:00 Oxunub 1404
Xəstə xanımının adına 22 manata iki lotereya bileti aldı - 2.2 milyon manat qazandılar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, pulu uşaqlarına, nəvələrinə və həyat yoldaşının rahatlığıüçün xərcləyəcəyini söyləyib

Britaniya sakini həyat yoldaşını əyləndirmək üçün aldığı lotereya sayəsində milyonçu olub. Avtosfer.az xəbər verir ki, Kevin Frensis yataq xəstəsi olan 75 yaşlı xanımı əylənsin deyə 10 (22 Azn) funta iki “Merry Millions” lotereya kartı alıb. Bundan sonra televizor qarşısına keçən ər-arvad, oynanan lotereya zamanı çıxan rəqəmlərin kartda olan rəqəmlərlə eyni olub və onlar 1 milyon (2.189.800 Azn) funt-sterlinq qazanıblar.

“Mən həyəcandan Brendaya 1 saat ərzində heç nə demədim. Nəhayət mən ona uduş barədə deyəndə, o fikirləşdi ki, mən onunla zarafat edirəm” -  Kevin xatırlayaraq deyib.

Britaniyalı, pulun bir hissəsini uşaqlarına və nəvələrinə, qalan hissəsini isə həyat yoldaşının rahatlığını yaxşılaşdırmaq üçün evin yenidən qurulmasına xərcləyəcəyini söyləyib.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh