Pərdə və plyonka istifadə edilməsinə görə sürücülər cərimələnməyəcək - VİDEO

Yol polisi 16 Noyabr 2019 19:00 Oxunub 2152
Pərdə və plyonka istifadə edilməsinə görə sürücülər cərimələnməyəcək             - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İnzibati Xətaların Məcəlləsində dəyşiklik edilməsi gözlənilir

Pərdə və plyonka qadağası ləğv edilənə qədər bu vasitələrdən istifadə edən sürücülər cərimə olunmayacaqlar.

Bu barədə ''Xəzər Xəbər''ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev məlumat verib.

O bildirib ki, nəqliyyat vasitələrinin arxa, yan şüşələrində jalüz və plyonka istifadə edilməsinə görə sürücülər barəsində hazırda inzibati tənbeh görülmür.

''Hazırda qeyd olunan standartlarla bağlı qanunvericiliyə əlavə və müəyyən dəyişliklərin edilməsi məsələsi aidiyyəti qurumlarda baxılma ərəfəsindədir. Bu, nəzərə alınıb və Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinin tələbi ilə nəqliyyat vasitələrinin, avtomobillərin arxa, yan şüşələrində jalüz və plyonka istifadə edilməsinə görə nəqliyyat vasitələrinin sürücüləri barəsində hazırda inzibati tənbeh görülmür. Bununla bağlı bütün yol polis postlarına məlumat verilib",- deyə açıqlamada qeyd olunur.

Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı isə hesab edir ki, pərdə və plyonkadan istifadəyə icazənin verilməsi gözlənilirdi.

Xatırladaq ki, ''Yol hərəkəti haqqında'' qanunun 1 saylı əlavəsinin tələblərinə müvafiq olaraq, hər il 1 may-15 noyabr müddətində avtomobillərin arxa yan şüşəsinə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilirdi. Artıq bu qadağanın ləğv edilməsi üçün Milli Məclis tərəfindən İnzibati Xətaların Məcəlləsində dəyşiklik edilməsi gözlənilir.

Dəyişiklik olduqda bəzi istisnalar da olacaq.

Qeyd edək ki, qabaq yan və alın şüşəyə plyonka vurulmasına görə 150 manat cərimə nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh