İdarəetmədən çıxan avtomobil körpüdən aşıb - FOTO

Qəzalar 17 Noyabr 2019 11:45 Oxunub 1146
İdarəetmədən çıxan avtomobil körpüdən aşıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda polis qəzanın təfərrüatlarını müəyyənləşdirməyə çalışır

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı avtomobil körpüdən aşıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, "Ravon" markalı avtomobil Heydər Əliyev və Ziya Bünyadov prospektlərini birləşdirən yolötürücü körpü ilə hərəkətdə olan zaman idarəetmədən çıxaraq aşıb və körpüdən aşağı düşüb. Əraziyə polis əməkdaşları yaxınlaşan zaman orada sürücünü aşkar etməyiblər. Onun ərazidən yayındığı, eyni zamanda xəsarət aldığı ehtimal olunur. Hazırda polis sürücünün şəxsiyyətini və qəzanın təfərrüatlarını müəyyənləşdirməyə çalışır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh