Ermənistanda dəm qazı “qırğını” - Nənə və 4 nəvə öldü

Gündəm 17 Noyabr 2019 10:15 Oxunub 851
Ermənistanda dəm qazı “qırğını” - Nənə və 4 nəvə öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ölənlərdən 2-si hamamda, 3-ü isə yataq otağında tapılıb

Ermənistanda nənə və 4 nəvə dəm qazından zəhərlənərək ölüb. Avtosfer.az xəbər verir ki, insident ötən gün İrəvandan 25 kilometr aralıda Nor-Açin şəhərində qeydə alınıb.

Məlumata görə, gecə saat 01.00 radələrində polis və səhiyyə işçiləri İsahakyan küçəsində yerləşən 11 otaqlı evə çağırılıb. Hadisə yerinə gələn əməkdaşlar evdən 77 yaşlı Janna Simonyan, 16 yaşlı Edvard M., 12 yaşlı Serine M., 15 yaşlı Tiqran S. və 14 yaşlı Janna M.-nın cəsədlərini aşkarlayıb. Onların mətbəxdəki sobadan sızan qazdan zəhərləndikləri ehtimal olunur.

Bildirilir ki, dünyasını dəyişən 4 uşaq Simonyanın nəvələri olub. Ölənlərdən 2-si hamamda, 3-ü isə yataq otağında tapılıb.

Həmçinin qeyd edilir ki, uşaqların anası və atası bir müddət əvvəl boşanıblar və Ukraynada yaşayırlar. Uşaqlar isə dayısı və nənəsinin himayəsində yaşayıblar.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh