“Nissan” 450 mindən çox avtomobili geri çağırır

Avtoxəbər 17 Noyabr 2019 12:00 Oxunub 1292
“Nissan” 450 mindən çox avtomobili geri çağırır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Servis xidməti gələn ilin yayına qədər davam etdiriləcək

“Nissan” avtomobili konserni ABŞ və Yaxın şərqdən 454 min krossoveri geri çağırdığını elan edib. Avtosfer.az xəbər verir ki, buna səbəb əyləcdən sızan mayedir.

Bildirilir ki, bəzi hallarda sızan maye idarəetmənin elektrik lövhəsinə düşərək qısa-qapanmaya və yanğına gətirib çıxara bilər.

Xidmət təşviqi əsasən Şimali Amerika bazarları üçün istehsal olunmuş avtomobillərə aiddir.

Xüsusilə çağırışa, 2015-2018-ci il istehsalı olan tam ölçülü “Murano”, 2016-2018-ci illərdə buraxılmış “Maxima” sedanı daxildir.

Bundan əlavə, 2017-ci ildə konveyerdən çıxmış “Infiniti QX60” və “Nissan Pathfinder” modellərinə də şamil olunur.

Şirkət çağırışa düşən avtomobillərinin sayının çoxluğuna görə, servis xidmətini gələn ilin yayına qədər davam etdirəcək.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh