Yeniyetmələrə alkoqollu içkiləri satan şəxslərə qarşı tədbirlər davam etdirilir

Gündəm 17 Noyabr 2019 13:30 Oxunub 1256
Yeniyetmələrə alkoqollu içkiləri satan şəxslərə qarşı tədbirlər davam etdirilir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu istiqamətdə reydlər davam etdirilir

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Yasamal RPİ əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 4 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satmaları faktları aşkar edilmişdir.

Həmin mağazaların satıcıları – S.Cəfərov, C.Əkbərov, P.Həsənov və H.Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunmuşdur.

Bu istiqamətdə reydlər davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh