Parisdə "sarı jiletlilər"in aksiyalarına görə 29 metro, 5 qatar stansiyası bağlanıb

Gündəm 17 Noyabr 2019 16:00 Oxunub 1139
Parisdə "sarı jiletlilər"in aksiyalarına görə 29 metro, 5 qatar stansiyası bağlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis maşınları aşırılıb, heykəllər sındırılıb.

Fransanın paytaxtı Parisdə "sarı jiletlilər" hərəkatı tərəfdarlarının planlaşdırdığı aksiyaya görə səhər saatlarında 29 metro, 5 qatar (RER) stansiyası bağlı qalıb. 

"Report"un Fransa bürosu xəbər verir ki, Paris prefekturasının sərəncamına əsasən paytaxtda 29 metro, 5 qatar (RER) stansiyası bu saatlara qədər qapılarını sərnişinlərin üzünə açmayıb.

"Sarı jiletlilər"in etiraz aksiyasının birinci ildönümü ilə əlaqədar Fransanın bir sıra şəhərlərində dünən və bu gün etiraz aksiyaları keçirilir.

Xatırladaq ki, noyabrın 16-sı səhər saatlarında 20-dən artıq metro stansiyası bağlı olub. Dünən keçirilən aksiyalar zamanı Parisdə polislərlə aksiya iştirakçıları arasında qarşıdurma baş verib, zorakılıqlar qeydə alınıb, ticarət obyektlərinə, avtomobillərə, ictimai məntəqələrə, küçələrə ciddi zərər yetirilib. Polis maşınları aşırılıb, heykəllər sındırılıb.

Qeyd edək ki, 2018-ci il noyabrın 17-də Fransada avtomobil yanacağı qiymətlərinin artımına qarşı kütləvi etiraz aksiyasının iştirakçıları sarı jilet geydiklərindən onlara "sarı jiletlilər" hərəkatı adı verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh