İki minik avtomobili toqquşdu: 18 yaralı

Qəzalar 17 Noyabr 2019 19:30 Oxunub 1372
İki minik avtomobili toqquşdu: 18 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralılar arasında uşaqlar da var

Livanda iki minik avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident noyabrın 17-də səhər saatlarında Dcubeyli bölgəsində qeydə alınıb.

Məlumata görə, toqquşma nəticəsində 18 nəfər xəsarət alıb. Yaralılar arasında uşaqlar da var.

Zərbə o qədər şiddətli olub ki, xilasedicilər avtomobillərdən birində sıxışaraq qalmış insanları güclə çıxarıb.

Bildirilir ki, maşınlardan birində Suriyalı qaçqınlar olub.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh