Yük avtomobilinin sürücüsü kobud qayda pozuntusuna yol verib - VİDEO

Qaydalar 17 Noyabr 2019 19:45 Oxunub 1959
Yük avtomobilinin sürücüsü kobud qayda pozuntusuna yol verib                     - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
40 manat cərimə edilə bilər

Xaçmazda yük avtomobilinin sürücüsü kobud qayda pozuntusuna yol verib. O, daşıdığı yüklə həm hərəkət iştirakçılarına, həm də yol təsərrüfatına ziyan vurub.

Bununla bağlı görüntülər Xaçmaz rayonunun Xudat şəhərində qeydə alınıb.
Hadisəni görən şahidlərdən biri dərhal həmin anları çəkərək ''Xəzər Xəbər''in whatsapp nömrəsinə göndərib.
Amma daşınan yük avtomobilin dövlət nömrə nişanını, bort üzərindəki isə silindiyindən aydın görsənmir. Kadrlardan görünən odur ki, sürücü bu şəkildə həmin yükü xeyli aparır. O, bu əməli ilə bütün hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaradır.

Qeyd edək ki, sürücü kobud qayda pozuntusu ilə yol təsərrüfatına da ziyan vurur.
Görüntüyə münasibət bildirən ekspert Elməddin Muradlı deyib ki, sürücü saxlanılmalı və məsələ araşdırılmalıdır. Digər tərəfdən, yükün daşınması onun təyinatına uyğun avtomobillə aparılmalıdır. Əgər sürücü yol təsərrüfatına zərər vurmayıbsa, yükdaşıma qaydasını pozduğu üçün inzibati qaydada 40 manat cərimə edilə bilər.

Geniş videomaterialı təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh