Qazaxda yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər xəstəxanalıq olub

Qəzalar 17 Noyabr 2019 20:30 Oxunub 1337
Qazaxda yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər xəstəxanalıq olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır

Qazax rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası qeydə alınıb.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Ağ Köynək kəndində qeydə alınıb. İlkin məlumata görə, “VAZ 2107” markalı avtomobillə “QAZ 53” markalı yük avtomobili toqquşub.

Hadisə zamanı “VAZ 2107” markalı avtomobildə olan 1986-cı təvəllüdlü Əfqan Abdullayev, 1992-ci il təvəllüdlü Tamerlan Mehdiyev, 1977-ci il təvəllüdlü Vüqar Musayev ağır bədən xəsarətləri alıblar.

Yaralılar Qazax rayon Diaqnostika Mərkəzinə yerləşdirilib. Xəsarət alan şəxslərin səhhəti ağır qiymətləndirilir.

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh