Bakıda idarəetməni itirən sürücü qəza törədərək xəsarət alıb

Qəzalar 18 Noyabr 2019 01:15 Oxunub 1217
Bakıda idarəetməni itirən sürücü qəza törədərək xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb.

APA xəbər verir ki, Kürdəxanıdakı “Qaçqınlar şəhərciyi”ndə məskunlaşan 1983-cü il təvəllüdlü Nəbiyev Elmin Niftalı oğlu idarə etdiyi avtomobillə hərəkətdə olarkən qarşısına nəqliyyat vasitəsi çıxıb.

E.Nəbiyev toqquşmanın baş verməməsi üçün avtomobili kənara çəkməyə çalışan zaman idarəetməni itirərək qəza törədib.

Nəticədə xəsarət alan E.Nəbiyev xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh