Dənizdə gəmi yanıb

Gündəm 18 Noyabr 2019 08:45 Oxunub 704
Dənizdə gəmi yanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kömək üçün patrul qayıqlar, helikopter və yanğınsöndürmə dəstəsi göndərilib

Yanğın Yaponiya dənizindəki "Silver Way" gəmisinin göyərtəsində baş verib, göyərtəsində 13 rus dənizçisi olub. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına ğörə, yanğın söndürülüb, itki yoxdur. Gəmi 2,5 min ton ağac daşıyıb və Naxodka-Pusan marşrutu boyunca Siyerra Leone bayrağı altında üzüb. Yanğın bazar günü yerli vaxtla 13:40-da Cənubi Koreyanın Pxoxan limanı yaxınlığında baş verib. Yerli hakimiyyət gəmiyə kömək üçün patrul qayıqları, helikopter və yanğınsöndürmə dəstəsi göndərib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh