Dəmir yolu stansiyası üç günə tikildi

Gündəm 18 Noyabr 2019 09:00 Oxunub 620
Dəmir yolu stansiyası üç günə tikildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gecələr işlər güclü projektorların köməyi ilə aparılıb

Amsterdamda inşaatçılar üç gün ərzində yeni "Amstardam Zuid" stansiyasını inşa edə biliblər. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bu nəticə gecə-gündüz yorulmadan işləmək sayəsində əldə edilib. Bütün proses video qeydə alınıb və üç gün çəkib: əvvəlcə inşaatçılar köhnə asfalt səthini qaldırıb sonra dəmir yolu xətlərini söküblər. Bu müddət ərzində yeraltı tunel inşa edilib. Gecələr işlər güclü projektorların köməyi ilə aparılıb. Yeni bir stansiyanın inşası barədə qərar çoxdan qəbul edilib, lakin şəhər rəhbərliyi qatarların və avtomobillərin hərəkətini iflic etməmək üçün bunun necə həyata keçiriləcəyini bilməyib. Buna görə, üç gün ərzində yolların bağlanmasına və bu müddət ərzində yeni bir stansiyanın tikilməsinə qərar verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh