Bakıda iki yük maşını toqquşub, ölən var

Qəzalar 18 Noyabr 2019 13:35 Oxunub 839
Bakıda iki yük maşını toqquşub, ölən var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 16-da saat 1 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakinləri X.Məmmədovun idarə etdiyi “QAZel” və S.İslamovun idarə etdiyi “Hovo” markalı yük avtomobilləri toqquşub. 

Nəticədə xəstəxanaya yerləşdirilmiş X.Məmmədovun sərnişini olan oğlu Namiq orada ölüb

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh